
Bakı. Trend:
Rusiyanın Kamçatka diyarının şərq sahillərindəki Avaça
körfəzində 5,4 bal gücündə zəlzələ baş verib.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid
Geofizika Xidmətinin Kamçatka filialı öz saytında bildirib.
<!—->
<!––>
Məlumata əsasən, zəlzələnin episentri Petropavlovsk-Kamçatskdən
78 km cənub-şərqdə, ocağı isə dəniz dibinin 62 km dərinliyində
yerləşib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zəlzələ
Petropavlovsk-Kamçatskinin müxtəlif ərazilərində dörd bala qədər
hiss olunub.
