Bakıda “Lenovo Day” İT forumu keçirilib

Baş səhifə

Bakı. Trend:

“Marriott Absheron Baku” hotelində süni intellektin (Sİ) praktik
tətbiqinə, İT sahəsi üzrə əsas trendlərə və korporativ məlumat
infrastrukturunun modernləşdirilməsinə həsr olunmuş “Lenovo Day” İT
forumu keçirilib. Tədbir əsas sənaye sahələrinin İT direktorlarını
və biznes liderlərini bir araya gətirdi.

“Lenovo” şirkətinin Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə
baş meneceri Alnur Yermaqambetov tədbirin açılışını elan edərək “Lenovo” ekosisteminin inkişafında Azərbaycanın və regionun
strateji rolunu vurğuladı və şirkətin maliyyə nəticələri haqqında
məlumat təqdim etdi. Öz çıxışında o, ötən əməliyyat rübü üzrə “Lenovo”nun ümumi gəlirinin tarixi maksimuma – 20.5 milyard ABŞ
dolları məbləğinə çatdığını qeyd etdi. Bununla belə, süni
intellektlə əlaqəli biznesdən əldə edilən gəlirin payı şirkətin
hesabat rübündəki ümumi gəlirinin 30 %-ni təşkil etdi.

Azərbaycanda “Lenovo Global Technology” şirkətinin rəhbəri Rasim
Bəxşi şirkətin 2025-ci il üzrə fəaliyyətinin yekunlarını vurdu.
Spikerin sözlərinə görə, şirkət regionda distribütor və
tərəfdaşların sayını artıraraq yerli mövcudluğunu fəal şəkildə
inkişaf etdirməyə davam edir və bütün məhsul portfeli üzrə xidmət
göstərən dörd səlahiyyətli xidmət mərkəzinə sahibdir.


<!—->
<!––>

Plenar iclas EMEA regionunda “Lenovo Infrastructure Solutions
Group” (ISG) məlumat saxlama sistemlərinin satışı üzrə direktoru
Marko Pozzoni və EMEA regionunda “Lenovo ISG”nin innovativ həlləri
üzrə direktoru Noam Rosenin təqdimatları ilə davam etdi. Marko
Pozzoni öz çıxışında Sİ, yüksəksəmərəli verilənlər bazası, ehtiyat
kopiyalama və arxivləşdirmə məqsədləri üçün optimallaşdırılmış “Lenovo”nun yenilənmiş “ThinkSystem” və “ThinkAgile” məlumat
saxlama portfelini təqdim etdi. Noam Rosenin çıxışı, ənənəvi data
mərkəzlərinin insanların və rəqəmsal işçilərin birgə işlədiyi
platformalara – “Sİ fabriklərinə” çevrilməsinə həsr olunmuşdu.
Spikerin sözlərinə görə, yaxın on – on beş il ərzində əksər data
mərkəzlərində Sİ infrastrukturu yerləşdiriləcək, ağıllı agentlər
isə rəqəmsal işçi qüvvəsinin bir hissəsinə çevriləcəklər.

Forumun xüsusi qonaqları qismində “Lenovo” tərəfdaşlarının
spikerləri çıxış etdilər. “Veeam Software” şirkətinin Global
Alliances direktoru Co Horn, “Veeam” və “Lenovo” şirkətlərinin
məlumatların korporativ dayanıqlılığının təmin edilməsi və “ransomware” hücumlarından sonra bərpası üçün nəzərdə tutulan birgə
həlləri haqqında danışdı. “Nutanix” şirkətinin Ukrayna və MDB
regionunda müştərilərlə iş üzrə meneceri Denis Lapaç öz
təqdimatında şirkətin virtuallaşdırma idarəetməsini asanlaşdıran və
yeni xidmətlərin bazara çıxarılma vaxtını sürətləndirən
hiperkonvergent infrastrukturun qurulması üçün həllər portfelindən
söz açdı.

İşgüzar proqramın ikinci yarısı real sektorda “Lenovo”
həllərinin praktik istifadəsi üzrə tematik sessiyalara həsr
olunmuşdu. “Lenovo” tərəfdaşları və müştəriləri arasından dəvət
olunmuş spikerlər müxtəlif sahələr üzrə praktik nümunələr təqdim
etdilər. Forum sual-cavab sessiyası və iştirakçıların qeyri-rəsmi
ünsiyyəti ilə başa çatdı. “Lenovo Day Baku 2025” forumu Sİ-nin
praktik tətbiqi, Sİ fabriklərinin inkişafı və regionun korporativ
məlumat infrastrukturunun dayanıqlığının gücləndirilməsi
məsələlərini müzakirə etmək üçün əsas platforma statusunu
təsdiqlədi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir