
Bakı. Trend:
Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət
ödəniləcək.
Trend-in
məlumatına görə, bu məsələ bu gün Milli Məclisinin Hüquq siyasəti
və dövlət quruculuğu və
Mədəniyyət komitələrinin birgə iclasında müzakirə olunan “Dövlət
qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
<!—->
<!––>
Layihəyə əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə
tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan
edildikdə dövlət qulluğuna xitam verilə bilər.
Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun
vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında
müavinət ödəniləcək.
