
Bakı. Trend:
Azərbaycan və Gürcüstan media sahəsində əməkdaşlığı yeni
səviyyəyə çatdıra bilər.
Bunu Gürcüstanın ictimai yayımçısı “Diversity Georgia” qrupunun
rəhbəri Ramilə Əliyeva Bakıda keçirilən “İctimai etimadın
formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi”
mövzusunda Azərbaycan – Gürcüstan Media Forumu çərçivəsində
Trend-ə açıqlamasında
bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstanın media sahəsində
əməkdaşlığı hələ ilkin mərhələdədir və hazırkı forum iki ölkənin
media ictimaiyyətləri arasında daha dərin və əhəmiyyətli
münasibətlər üçün başlanğıc nöqtəsi ola bilər.
“Bizim bir-birimizi daha yaxşı tanımağımız çox önəmlidir.
Gürcüstan mediasının nümayəndələri azərbaycanlı həmkarlarını
tanımalı və birbaşa əlaqə qura bilməlidirlər. Bu, məlumatı operativ
şəkildə yenidən yoxlamağa və onun doğruluğuna əmin olmağa imkan
verəcək”, – deyə R. Əliyeva vurğulayıb.
<!—->
<!––>
O bildirib ki, hər iki ölkə dezinformasiya və saxta xəbərlərin
yayılması kimi ciddi bir çağırışla üzləşir.
“Rəqəmsal mühit böyük imkanlar yaradır, lakin bununla yanaşı,
bir çox yeni problemlər də gətirir. Dezinformasiya ilə mübarizə
aparmaq üçün yalnız birgə səylər göstərə bilərik”, – deyə o qeyd
edib.
Onun sözlərinə görə, Gürcüstanda müxtəlif layihələr həyata
keçirən çoxsaylı media qurumları mövcuddur, lakin hələlik
azərbaycanlı həmkarlarla birgə təşəbbüslər yoxdur.
“Hər iki tərəfin dəstəyi ilə çox şey həyata keçirmək mümkündür.
Birgə layihələr əməkdaşlığın gücləndirilməsində mühüm addım ola
bilər”, – R. Əliyeva əlavə edib.
