
Bakı. Trend:
Son 11 il, yəni 2015–2025-ci illər, 176 illik müşahidə
rekordunda ayrı-ayrılıqda ən isti illər olub.
Trend xəbər
verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (WMO) bu
gün yaydığı hesabatda qeyd olunub.
Hesabata görə, 2025-ci ilin yanvar–avqust ayları üzrə orta səthə
yaxın temperatur əvvəlki dövrün orta göstəricisindən 1,42 °C ± 0,12
°C yüksək olub. Yəni, 2025-ci il ən yüksək isti hava müşahidə
olunan illərdəndir
<!—->
<!––>
İstiləşmə tendensiyasının qarşıdakı illərdə də davam edəcəyi
proqnozlaşdırılır.
Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi Selest Saulo
bildirib ki, bu misli görünməmiş yüksək temperatur istixana
qazlarının səviyyələrində keçənilki rekord artımla birləşərək bu
həddi aşmadan qlobal istiləşmənin qarşısını almaq vacibdir.
