Azərbaycan ekoloji idarəetməni yaxşılaşdırır – AİB

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) tərəfindən dərc olunmuş “Asiya Su
Ehtiyatlarının İnkişaf Proqnozu (AWDO) 2025” hesabatına əsasən,
Azərbaycan su ekosistemlərinin vəziyyəti indeksini (CASCI) 4,2
səviyyəsində sabit saxlayıb, ekoloji idarəetmə indeksi (EGI) isə
2013-cü ildəki 6,2 göstəricisindən 2020 və 2025-ci illərdə 7,0-ə
yüksəlib.

Trend bu barədə
hesabata istinadən xəbər verir.

Hesabatda qeyd olunur ki, region ölkələrinin əksəriyyətində
CASCI göstəriciləri sabit qalıb və ya azalma müşahidə edilib. EGI
göstəriciləri isə Ermənistan istisna olmaqla, əksər ölkələrdə sabit
qalıb və yaxud yaxşılaşıb.

“Qazaxıstanda su ekosistemlərinin sağlamlığı və ekoloji
idarəetmənin ümumi KD4 göstəricisi yaxşılaşıb. Bildirilir ki, bu
artıma azotdan istifadənin səmərəliliyinin yüksəlməsi və çirkab
suların təmizlənməsi sahəsində irəliləyişlər səbəb olub.
Qazaxıstanda CASCI 2025-ci ildə 5,6 səviyyəsində qalıb”, – deyə
hesabatda vurğulanır.

AİB-in məlumatına görə, regionun digər ölkələrində vəziyyət
belədir:

Gürcüstan: CASCI 4,8-dən (2013) 4,4-ə (2025) enib; EGI 4,6-dan
5,4-ə yüksəlib.


<!—->
<!––>

Türkiyə: CASCI 2025-ci ildə 4,0 təşkil edib və 2013-cü il ilə
eynidir; EGI 6,2 səviyyəsində qalıb.

Qırğızıstan: CASCI 4,4-dən 3,4-ə enib; EGI 4,6 səviyyəsində
dəyişməz qalıb.

Tacikistan: CASCI 4,4-dən 4,2-yə enib; EGI 7,6 səviyyəsində
sabit qalıb.

Özbəkistan: CASCI 2025-ci ildə 5,2 olub və 2013-cü ildəki
səviyyədə qalıb; EGI 7,6 səviyyəsində dəyişməyib.

Türkmənistan: CASCI 5,4-dən 4,6-ya enib; EGI 2025-ci ildə 4,6
təşkil edib.

Ermənistan: CASCI 3,2-dən 2,6-ya enib; EGI 7,6-dan 7,0-a
düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir