İranlı qrossmeyster: “Vüqar Həşimov Memorialında top-şahmatçılar iştirak edir”

Baş səhifə
İranlı qrossmeyster: Vüqar Həşimov Memorialında top-şahmatçılar iştirak edir

Bu turnirdəki iştirakçılar top-şahmatçılardır.

“Report”un Xankəndiyə ezam olunan əməldaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iranlı şahmatçı Amin Tabatabai deyib.

O, XI Vüqar Həşimov Memorialı haqqında fikirlərini bölüşüb:

“Bu turnirə uzun müddətdir baxırdım. Həmişə burada qüvvəni sınamağı düşünürdüm. Çox xoşbəxtəm ki mən də iştirak edirəm. Bu yarışa uzun müddət hazırlaşmışam. Bu mənim üçün Dohadakı rapid və blitz üzrə dünya çempionatına hazırlıqdır. Buradakı iştirakçılar, top-şahmatçılardır”.

Qeyd edək ki, Memorial dekabrın 11-də başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir