
Bakı. Trend:
ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə 12, 13 və 14
dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar
reysləri təyin edir.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
<!—->
<!––>
Bildirilib ki, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik
Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək mümkündür.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya
“ADY Mobile” tətbiqindən əldə etmək olar.
