Təhsil müəssisələrində istilik təchizatı ilə bağlı vəziyyət açıqlanıb

Baş səhifə

Bakı. Trend:

2025–2026-cı tədris ili üzrə istilik mövsümünə hazırlıq
çərçivəsində Bakı və regionlarda ümumilikdə 1873 təhsil
müəssisəsində (1500 ümumi, 373 məktəbəqədər) texniki işlər
aparılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi
Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, son iki ildə ölkə üzrə əlavə olaraq 300-dən çox
təhsil müəssisəsində qazlaşma prosesi həyata keçirilib.

“Əlavə olaraq qeyd edək ki, alternativ yanacaq təminatı
çərçivəsində 536 ümumi, 334 məktəbəqədər təhsil müəssisəsi üçün
zəruri ehtiyacda odun və 408 ümumi, 197 məktəbəqədər təhsil
müəssisəsi üçün isə pellet yanacağı təmin edilib.


<!—->
<!––>

Ölkə ərazisində ümumtəhsil məktəblərinin istiliklə təminatında
yarana biləcək məsələlərin araşdırılması və həlli üçün regional
təhsil idarələrinin müvafiq Çağrı Mərkəzləri ilə əlaqə yaratmaq
mümkündür.

Regionlarda yaradılmış işçi qrupları istilik təminatı ilə bağlı
mümkün problemlərin, eyni zamanda fövqəladə halların aradan
qaldırılması və operativ həlli məqsədilə təlimatlandırılıblar”.

Qeyd edək ki, istilik sistemlərində mövcud və yaxud yarana
biləcək problemlərin həlli istiqamətində görülən işlər mövsümboyu
davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir