Ərdəbil vilayəti Azərbaycan vasitəsilə digər ölkələrə iqtisadi əlaqələr qura bilər – Məsud İmami Yeganə

Baş səhifə

Bakı. Trend:

İranın hazırkı hökumətinin (hazırkı hökumət avqust 2024-dən
iqtidardadır-red.) və İran İslam Respublikasının Prezidenti Məsud
Pezeşkianın ciddi şəkildə diqqət mərkəzində saxladığı
prioritetlərdən biri sərhəd vilayətlərinin qonşu ölkələrlə müxtəlif
sahələrdə əlaqələrinin inkişaf etdirilməsidir.

Bunu Trend
müsahibəsində İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganə
deyib.

Onun sözlərinə görə, İranın şimal-qərbində yerləşən Ərdəbil
vilayətinin Azərbaycanla 370 km uzunluğunda sərhədi olduğunu nəzərə
alaraq sərhədyanı diplomatiyadan maksimum şəkildə faydalanmaq
mümkündür.

“Ərdəbil vilayəti Azərbaycanla iqtisadi və ticarət əlaqələrini
inkişaf etdirməklə Azərbaycan vasitəsilə Cənubi Qafqaz ölkələri,
Avrasiya İqtisadi İttifaqına üzv ölkələr və Şərqi Avropa ölkələri
ilə iqtisadi əlaqələr qura bilər. Ötən 1 il ərzində Ərdəbil
vilayəti bu çərçivədə müxtəlif ölkələrdən investorlarla əlaqələr
quraraq iqtisadi inkişafı diqqət mərkəzində saxlayıb. Azərbaycana
səfər çərçivəsində müzakirələrdə son vaxtlar istifadəyə verilmiş
Ərdəbil Azad Ticarət və Sənaye Zonasının fəaliyyətinə xüsusi yer
ayrılıb. Bu zona iki ölkə arasında birgə ticarət və sənaye
zonasının yaradılmasına imkan yarada bilər. Bununla əlaqədar iki
ölkə arasında müzakirələr aparılır”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir