Qafqaz Albaniyası ilə bağlı arxeoloji tədqiqatlar genişləndirilməlidir.
“Report” xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Arxeologiya və Antropologiya İnstitutunun yekun hesabat iclasında deyib.
Onun sözlərinə görə, Xocavənddəki Tağlar magarasında tapılan artefaktların tarixləndirilməsi başa çatdıqdan sonra dünya miqyasında təqdimatı həyata keçiriləcək:
“Azərbaycanın şimal və cənub bölgəsində aparılan qazıntıların sayı azdır. Fikrimcə, bunu artırmaq lazımdır”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
