AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Lənkəran təmsilçisinin şikayətini təmin etməyib

Baş səhifə
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Lənkəran təmsilçisinin şikayətini təmin etməyib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Region Liqasında çıxış edən “Lənkəran” klubunun futbolçusu Şahin Ağayevlə bağlı şikayətini təmin etməyib.

“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 16-da “Salyan” OİK-lə qarşılaşmada hakimlər briqadasını təhqir edən futbolçunun 4 matçlıq cəzası qüvvədə saxlanılıb.

Cənub təmsilçisinə Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü izah edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir