Bakıda qəbiristanlıqdan güldanları oğurlayan TUTULDU

Cəmiyyət

Bakıda qəbiristanlıqdan güldanlar oğurlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşları tərəfindən müxtəlif vaxtlarda Ramana Südçülük sovxozunda yerləşən qəbiristanlıqda altı qəbirin üzərindən güldanları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini İlkin Həşimov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir