Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin bölmələri Rusiya hərbi kolonunu məhv ediblər.
Bu barədə Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri “Facebook” səhifəsində məlumat yayıb.
Bildirilir ki, aprelin 5-də Ukrayna Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələri bölməsinin üç tankını və bir yanacaq daşıyan avtomobilini məhv edib.
“İşğalçıların qalanları gizlənmək üçün tüstüdən istifadə edərək geri çəkilməyə başladılar”, – deyə Ukrayna desant qüvvələri qeyd ediblər.
www.102info.az
