Azərbaycanda yarım milyonluq mənimsəmədə ittiham edilən qadın sahibkar barədə araşdırma başlanıldı – RƏSMİ

Cəmiyyət

Azərbaycanda tanınmış qadın sahibkarın yarım milyonluq mənimsəməsi ilə bağlı açıqlama verilib. 

Nərimanov Rayon Prokurorluğundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Sara Group” QSC-nin direktoru Şirvan Əhmədovun müraciəti əsasında hazırda araşdırma aparılır:

“Araşdırma nəticəsində qanuni qərarın qəbul edilməsi təmin ediləcək”.

Qeyd edək ki, ötən gün  Balakən rayon sakini, 1990-cı il təvəllüdlü Dadayeva Ayparə Şaban qızının işlədiyi “Sara Group” MMC-dən 451 min manat mənimsəməsi barədə məlumat yayılmışdı

A.Dadayeva tütünçülüklə məşğul olan fermer kimi tanınıb. O, 2019-cu ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir