Nazirlikdən ictimai-iaşə obyektlərinin sahiblərinə ÇAĞIRIŞ

Cəmiyyət

Ölkə ərazisində fəaliyyət göstərən şadlıq saraylarında, restoranlarda və ictimai-iaşə obyektlərində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı bir sıra obyektlərdə quraşdırılan qaz-toztutucu qurğuların vəziyyətinin qeyri-qənaətbəxş olduğu qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xidmət rəisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, bir çox obyekt və restoranlarda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq onlara vaxtaşırı xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atılır ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur: 

“Ramazan ayının başlaması ilə əlaqədar bir çox şadlıq saraylarının, restoranların və ictimai-iaşə obyektlərinin fəaliyyətində fasilə yaranması fürsətindən istifadə edərək obyekt sahibləri qurğulara texniki xidmət göstərilməsi, filtrlərin vaxtında təmizlənməsi məqsədilə zəruri tədbirlər görməlidir”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir