Ançelotti: “Beyl “Santiaqo Bernabeu” ilə gözəl şəkildə vidalaşmalıdır”

İdman

Madrid “Real”ının təcrübəli baş məşqçisi Karlo Ançelotti uelsli futbolçu Qaret Beyl haqda müsabət fikirlər səsləndirib.

62 yaşlı mütəxəssis qeyd edib ki, Qaret Beyl vurduğu qollarla, keçirdiyi matçlarla və qazandığı kuboklarla artıq Madrid klubunun tarixinə düşüb.

“Onun Uels komandasındakı çıxışını bir daha izlədik, onun forması yerindədir. Beyl bu bacarıqlarını “Real”da da göstərmək istəyir”, – deyə K.Ançelotti vurğulayıb.

İtaliyalı mütəxəssis əlavə edib ki, Qaret Beylin müqaviləsi bitəndən sonra “Santiaqo Bernabeu” ilə gözəl şəkildə vidalaşması ədalətli olardı.

Qeyd edək ki, Uelsi futbolçunun Madrid klubu ilə müqaviləsi başa çatmaq üzrədir və o mövsümün sonunda İspaniya klubunu tərk edəcək.

Mənbə: Marca

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir