Bu il fevralın 24-dən Azərbaycana gələn Ukrayna vətəndaşlarının sayı açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, müharibə başlayandan indiyədək Azərbaycana 6 163 Ukrayna vətəndaşı daxil olub.
Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynaya hücum edib.
Könül Cəfərli
www.102info.az
