Kral təcili əməliyyat olundu: Ərdoğanın səfəri təxirə düşdü

Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İordaniya səfəri təxirə salınıb.

Bu barədə Türkiyə Prezidentinin İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Səfərin təxirə salınmasına səbəb kimi İordaniya kralı II Abdullahın təcili əməliyyat olunması göstərilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İordaniyaya səfəri aprelin 11-nə nəzərdə tutulmuşdu.

Mənbə: Haber Global

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir