Braziliyada baş məşqçi qadın hakimə kəllə vurdu – VİDEO

İdman

Braziliyanın Espiritu-Santu ştatının futbol üzrə çempionatında “Yeni Venetsiya” və “Desportiva Ferroviariya” komandaları arasında qarşılaşmada xoşagəlməz hadisə baş verib.

Belə ki, “Desportiva Ferroviariya”nın baş məşqçisi Rafael Soriano oyunun qadın yan xətt hakimi Marsielli Nettoya başla zərbə endirib. Qarşılaşmanın baş hakimi bu hərəkətə görə onu dərhal qırmızı vərəqə ilə cəzalandırıb.

Oyundan sonra Rafael Soriano komandanın baş məşqçisi postundan da kənarlaşdırılıb.

Mənbə: Sports.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir