Azərbaycan əsilli UFC döyüşçüsü Bakıda – VİDEO

İdman

Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fiziyev bu gün Bakıya gəlib.

Oxu.Az ilk dəfə Bakıya gələn Fiziyevin səfərinin məqsədini öyrənib.

Onu bura dəvət edən Bakıda fəaliyyət göstərən, məşhur Braziliya ciu-citsusu üzrə master Renzo Qreysinin adını daşıyan fitnes zallardan birinin rəhbəri Aslan Mövsümovdur. Tanınmış idmançı burda olduğu müddətdə onun zalında məşq edəcək. Həmçinin Fiziyevin Gənclər və İdman Nazirliyində görüş keçirməsi də istisna olunmur.

 
 
 

 
 
 
 
 

 
 

 
 
 

 
 

A post shared by Oxu.Az (@oxuaz)

Qeyd edək ki, Rafael Fiziyevin anası rus, atası azərbaycanlıdır. O, Qazaxıstanda doğulsa da, ailəsinin Qırğızıstana köçməsi səbəbindən oranın vətəndaşlığını alıb. Lakin ötən ilin oktyabrında İraqın Kərbala şəhəri ilə bağlı paylaşımı yerli əhalinin xoşuna gəlməyib və ictimai qınağa səbəb olub. Nəticədə Fiziyev vətəndaşlığını dəyişmək istədiyini bildirib. Onun Azərbaycan vətəndaşlığını alması istisna olunmur.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir