Rövnəq Abdullayevdən Qurban Qurbanova təbrik – FOTO

İdman

AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu 50 yaşının tamam olması münasibəti ilə təbrik edib.

Oxu.Az xəbər verir ki, assosiasiya rəhbəri qurumun inzibatı binasında təcrübəli mütəxəssislə görüşüb.

AFFA prezidenti onu əlamətdar yubileyi münasibəti ilə təbrik edib, cansağlığı, fəaliyyətində uğurlar və yeni-yeni qələbələr arzulayıb. Qurban Qurbanov göstərilən diqqətə görə minnətdarlığını bildirib.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyevin də iştirak etdikləri görüşdən sonra xatirə şəkli çəkdirilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir