Sumqayıt Kimya Sənaye Parkında daha bir şirkətə rezidentlik statusu verildi

İqtisadiyyat

İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkında “4MAPS Bilgi Teknolojileri” MMC-yə rezidentlik statusu verilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, parkın rezidentlərinin sayı 26-ya çatıb.

Yeni rezident Parkda – 1,5 hektar ərazidə “Tədqiqat-inkişaf mərkəzinin təşkili, kartoqrafiya və naviqasiya xidmətləri” layihəsi həyata keçirəcək.

İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 750 iş yerinin yaradılması nəzərdə tutulur.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir