Ukraynada 82 yaşlı qadın Rusiya hərbçilərinin onunla rəftarından DANIŞDI – VİDEO

Dünya

Ukrayna sakini olan 82 yaşlı qadın yaşadığı Borodyanka kəndində Rusiya Silahlı Qüvvələrinin hücumuna məruz qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Qadın yaşadığı qorxunc anlarla bağlı deyir: “Onlar mənə “Zirzəmiyə düş, qoca kaftar” dedilər, dedim “düşməyəcəm, öldürün məni”. O zaman əllərimi yuxarı qaldırmağımı istədilər. Silahlılardan biri digərindən ağ yaylıq gətirməsini istədi”.

Bu kənddə döyüşlər bir neçə həftə davam edib. Yaşlı qadının evi tamamilə dağılıb, divarları uçub, pəncərələri sınıb, toyuq hini dağıdılıb… Qonşusu atışmada həlak olub.. Atışma və partlama səslərindən qorxan toyuqları evə alan qadın ac qalacağı təqdirdə onları kəsib yeməyi düşünüb.

Birinci Dünya müharibəsinin də canlı şahidi olan qadın bu müharibəni İkinci Dünya müharibəsi kimi görür   və birincidən sağ çıxıbsa, ikincidən də çıxacağına ümid edir. Ancaq ölümdən qorxmadığını, alnına nə yazılıbsa, qismətində nədirsə, onu da yaşayacağını deyir.

Azad olunmuş Borodyanka kəndində hazırda işıq, su və qaz təchizatı ilə bağlı problemlər mövcuddur. Kənd sakinlərinin gündəlik tələbatları ancaq humanitar yardımlar hesabına az-çox ödənilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir