Gəncədə ər və arvad dəm qazından zəhərləndilər

Cəmiyyət

Gəncədə zəhərlənmə qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə şəhərin Abbas Səhhət adlanan yaşayış massivində baş verib.

1984-cü il təvəllüdlü Səbuhi Həsənzadə və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Güləndər Həsənzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, ər və arvad yaşadıqları evdə dəm qazından zəhərləniblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir