Ronaldunun qızı oldu, yeni doğulan oğlu isə öldü – FOTO

İdman

Kriştianu Ronaldu yeni doğulan oğlunun tələf olduğunu bildirib.

Hələ oktyabr ayında “Mançester Yunayted”in hücumçusu Corcina Rodrigezlə əkiz uşaq gözlədiklərini açıqlamışdı. Sonradan məlum olub ki, əkizlərdən biri oğlan, digər isə qız olacaq.

“Çox kədərlə balaca övladımızın vəfat etdiyini bildiririk. Yalnız körpə qızımızın dünyaya gəlməsi bizə bu anı bir az da ümid və sevinclə yaşamaq üçün güc verir”, – futbolçu “Instagram”da yazıb.

O, həkimlərə və tibb bacılarına kömək və dəstəyə görə təşəkkür edib.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir