Nazir: “Ukraynada infrastrukturun 30%-ə qədəri məhv edilib”

Dünya

Ukraynada müharibə başlayandan bəri infrastrukturun 30%-ə qədəri məhv edilib.

Bu barədə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov məlumat verib.

Nazir qeyd edib ki, infrastrukturun bərpasına təxminən 100 milyard dollar lazım olacaq.

“Söhbət 8 min kilometrdən çox yoldan və 300 körpüdən gedir. Yol infrastrukturunun bərpası üçün iki ilə yaxın vaxt lazımdır”, – deyə Aleksandr Kubrakov vurğulayıb.

Mənbə: Segodnya

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir