Polşanın baş naziri Lvova səfər edib

Dünya

Polşanın Baş naziri Mateuş Moravetski bu gün Ukraynanın Lvov şəhərinə səfər edib.

Bu barədə Polşa Baş nazir aparatının rəhbəri Mixal Dvorçik bildirib.

“Polşa hökumətinin təşəbbüsü ilə ukraynalı qaçqınlar üçün konteyner şəhərcikləri yaradılır”, – deyə Dvorçik “Twitter”də yazıb.

“Onlardan birincisini bu gün Lvovda Baş nazir Mateuş Moravetski açıq elan edəcək”, – deyə o əlavə edib.

Mənbə: RİA Novosti

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir