“Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün 16 mindən çox bilet satışa çıxarılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tomas Butçer deyib.
Uzun müddətdir ki, Azərbaycanda işləyən əcnəbi mütəxəssis 10 tribunanın qoşulacağını bildirib:
“Burada 16 minə yaxın azarkeş tutumu planlaşdırılıb. Bu, əvvəlki illərdən fərqlənmir. Sevindirici xəbər ondan ibarətdir ki, biz tribunalara və trekə qayıtmışıq. Bakı Şəhər Halqasının əməkdaşları durmadan çalışırlar. Azərbaycandakı yarışın yaddaqalan olmasını istəyirik”.
Qeyd edək ki, ötən həftədən tikinti-quraşdırma işlərinə start verilib. Yarış 10-12 iyun tarixlərində keçiriləcək.
www.102info.az
