ABŞ-da pulsuz magistr təhsili almaq istəyənlərin NƏZƏRİNƏ

Cəmiyyət

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi böyük məmnuniyyətlə 2022-2023-cü tədris ili üçün “Fulbrayt” Magistr Təhsil Proqramı üçün müsabiqəsini elan edir.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, proqram Azərbaycandan olan gənc mütəxəssislərə ABŞ universitetlərində bir il və ya daha çox müddət ərzində təhsil almaq və müvafiq sahələr üzrə magistr dərəcəsi əldə etmək imkanı verir.

Son müraciət tarixi: 31 May

Proqram haqqında məlumat sessiyası: 5 may, 18:30-da Bakı Amerika Mərkəzində olacaq.

Ətraflı məlumat üçün bura daxil olun. 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir