Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyədə görüşməsi təklifinin hələ də masada olduğunu bildirib.
“İndi görüşün vaxtı barədə danışmaq çətindir, amma həqiqətən ümid edirik ki, bu, çox tezliklə baş verəcək”, – nazir CNN Türk-ə müsahibəsində deyib.
Çavuşoğlu həmçinin Rusiya və Ukraynanın xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba arasında istər İstanbulda, istərsə də Antalyada yeni görüşün mümkün olduğunu da açıqlayıb.
“Tərəflərə XİN rəhbərlərinin İstanbul və ya Antalyada görüşünün keçirilməsini təklif etdim. Bu görüş mümkündür”, – Çavuşoğlu qeyd edib.
www.102info.az
