Estoniya və Latviya Rusiyanın Ukraynadakı cinayətlərini soyqırımı kimi tanıyıb

Dünya

Estoniya və Latviya parlamentləri Rusiyanın Ukraynadakı cinayətlərini soyqırımı kimi tanıyıb.

Bu barədə Latviya Seyminin saytında məlumat verilib.

Öz növbəsində Ukraynanın “Xalqın xidmətçisi” partiyasının sədri Yelena Şulyak bəyan edib ki,  Estoniya parlamentinin Rusiyanın Ukrayna ərazisində törətdiyi müharibə cinayətlərini soyqırımı kimi tanımasını əlamətdar hesab edir.

“Axı məhz Estoniya parlamentinin üzvləri 1933-cü ildə Stalinin təşkil etdiyi Qolodomoru Ukrayna xalqına qarşı törədilmiş soyqırımı kimi tanıyıb”, – deyə Yelena Şulyak xatırladıb.  

Mənbə: Thepage.ua

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir