Müharibədən danışan Kiyev “Dinamo”sunun futbolçusu ağladı – VİDEO

İdman

Rumıniya mətbuatının suallarını cavablandıran Aleksandr Karavayev göz yaşlarını saxlaya bilməyib.

Kiyev “Dinamo”sunun müdafiəçisi Rumıniyada yerli “CFR Kluj”la oyundan sonra keçirilən mətbuat konfransında danışarkən ağlayıb.

“Sülh naminə matç! Müharibəni dayandır!” şüarı ilə keçirilən oyun Kluj-Napoka şəhərində baş tutub və qolsuz bərabərliklə yekunlaşıb.

Karavaev bütün rumınlara dəstəyə görə təşəkkür edib. O, etiraf edib ki, meydançaya girərək qaçmaq çox çətin idi. Lakin belə bir vəziyyətdə ölkəsi üçün edə biləcəyi yeganə şey qaçqınlar və müharibə qurbanları üçün vəsait toplamaqdır.

Qeyd edək ki, 29 yaşlı Karavayev əslən Xersondandır. O, Ukrayna millisində 40 oyun keçirib.

Mənbə: unian.net

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir