Ruslan Əliyev “Azəriqaz”ın sahibkarlara zərbə vurması ilə bağlı iddialara CAVAB VERDİ

Cəmiyyət

“Bəzən jurnalistlərdən müraciətlər gəlir ki, “Azəriqaz” İB xeyli sayda obyektlərin qazını kəsməklə sahibkarların davamlı fəaliyyətinə zərbə vurur. Bu cür yanaşma, doğrudan da, məndə təəssüf doğurur”.

Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin sədri Ruslan Əliyev “Facebook” səhifəsində canlı yayımda məlumat verib.

O bildirib ki, bu məsələdə digər qurumların deyil, məhz “Azəriqaz” İB-nin adının çəkilməsi də ayrı mövzudur:

“Burada təhlükəsizlik baxımından həmin obyektlərin sahiblərinə daha çox hörmət olunması istiqamətindən deyil, qeyri-adekvat yanaşma sərgiləyirlər. Belə ki, qeyri-qanuni, standartlara uyğun olmayan formada qaz çəkilməsi və texniki şərtlərdə göstərilən qaydaların konkret şəkildə pozulduğu hallar aşkar edilərsə, həmin obyektlərin qaz təchizatı dayandırılır. Biz məcburuq bu addımı ataq ki, növbəti partlayışlar, fəsadlar baş verməsin. Qeyri-qanuni fəaliyyət göstərən həmin obyektlərə adekvat münasibət göstərilməlidir ki, sonradan bu məqamlar itkilərə səbəb olmasın”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir