Sabirabadda qəzaya düşən piyada ağır xəsarət alıb

Cəmiyyət

Sabirabadda avtomobil piyadanı vuraraq ağır yaralayıb.

APA xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil yolu keçən rayonun Minbaşı kənd sakini, 1974-cü il təvəllüdlü Sarıyev Səfa Xanhüseyn oğlunu vurub. Yaralı ağır vəziyyətdə Şirvan xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir