Portuqaliyanın Matuzinyuş şəhərində Karate1 Premyer Liqa turniri başlanıb.
Bu barədə Milli Karate Federasiyası məlumat yayıb.
Bildirilib ki, Tural Ağalarzadə (-67 kq) və Fərid Ağayev (-75 kq) yarışın medalları uğrunda döyüşəcəklər.
Belə ki, F.Ağayev finala yüksəlib, T.Ağalarzadə isə bürünc medal görüşünə çıxacaq. Mükafatlar uğrunda həlledici görüşlər aprelin 24-də keçiriləcək.
Qeyd edilib ki, yarışın ikinci günü daha altı idmançımız mübarizəyə qatılacaq. Matuzinyuşda Karate1 Premyer Liqa turnirində 58 ölkədən 351 idmançı iştirak edir.
www.102info.az
