Əfqanıstan-İran sərhədində gərginlik – VİDEO

Dünya

Əfqanıstanla İranın sərhəddində gərginlik yaranıb.

İlkin məlumat görə, İran sərhədçiləri avtomobillərlə Herat əyalətinə daxil olub.

Nəticədə “Taliban” üzvləri ilə İran sərhədçiləri arasında gərginlik yaşanıb.

Xəbəri İran prezidentinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Həsən Kazimi də təsdiq edib.

O, baş verənlərə görə, hazırda Əfqanıstanda hakimiyyətdə olan “Taliban” silahlılarını ittiham edib.

“Taliban bu gün heç bir razılaşma olmadan icazəsiz Doğarun sərhəd-keçid məntəqəsində yol çəkməyə başlayıb. Sərhədçilər sərhəd pozulduğu üçün bunun qarşısını alıblar”, – deyə Həsən Kazimi vurğulayıb.

Mənbə: Sputnik Əfqanıstan

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir