Namiqin qolu “Bursaspor”a qələbə qazandırdı – VİDEO

İdman

Bu gün Türkiyə 1-ci Liqasında 34-cü tura start verilib.

Azərbaycan millisinin üzvü Namiq Ələsgərovun da çıxış etdiyi “Bursaspor” doğma meydanda “Dənizlispor”la qarşılaşıb.

Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Yeganə qolu məhz 30-cu dəqiqədə millimizin üzvü vurub. Namiq 55-ci dəqiqədə isə penaltini qola çevirə bilməyib. Start heyətdə meydana daxil olan 27 yaşlı oyunçu 64-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Ələsgərov “Bursaspor”da 6 qol və 6 məhsuldar ötürmə ilə komandasının ən yaxşı oyunçusudur.

23 aprel
21:30. “Bursaspor” – “Dənizlispor” – 1:0
Qol:
Namiq Ələsgərov, 30

Qırmızı vərəqə: Aisaarti, 77 (“Dənizlispor”)

Əlavə edək ki, “Bursaspor” hazırda turnir cədvəlində 35 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir