ABŞ-ın Çinə qarşı “qırmızı xətt”i məlum oldu

Dünya

Solomon adalarında Çin hərbi bazasının inşası Vaşinqton və Kanberra üçün qırmızı xətt olacaq.

Bunu Avstraliyanın Baş naziri Skott Morrison bildirib.

“Yeni Zelandiyadakı və əlbəttə ki, ABŞ-dakı tərəfdaşlarımızla işləyərək. Bu məsələlərə gəldikdə, mən ABŞ ilə eyni qırmızı xətt üzərindəyəm. Çin dəniz bazaları bizim bölgəmizdə, qapımızın ağzında olmayacaq”, – deyə o qeyd edib.

Hökumət başçısının sözlərinə görə, Fici və Papua Yeni Qvineya da Avstraliyanın narahatlığını bölüşür.

Eyni zamanda, Morrison Çinin qeyd olunan xətti keçəcəyi təqdirdə hansı tədbirlərin görüləcəyini açıqlamayıb.

Mənbə: rt.com

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir