Bakıda gecə klubunda partlayışda yaralanan seneqallının vəziyyəti açıqlandı

Cəmiyyət

Səbail rayonu ərazisində yerləşən obyektdə baş verən partlayış zamanı xəsarət alanlardan özəl tibb müəssisəsində hazırda cəmi bir nəfər müalicə alır.

“Report”un məlumatına görə, həmin şəxs seneqallı qızdır.

Hazırda onun vəziyyəti orta stabil olaraq qiymətləndirilir.

Məlumatı “Report”a TƏBİB-dən də təsdiqləyiblər.

Qeyd edək ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda partlayış baş verib. Partlayış nəticəsində 4 nəfər vəfat edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir