Yaradıcı heyətin kobud səhvi: Türkiyədə çəkilən filmdə Bakıya “göndərilən” casus özünü Moskvada tapdı – VİDEO

Cəmiyyət

Türkiyədə çəkilmiş “Pak Panter” komediya filmində Azərbaycanla bağlı yol verilmiş səhv üzə çıxıb.

Belə ki, bu ilin 5 yanvar tarixində “YouTube”da yerləşdirilmiş filmdə casus fəaliyyətindən bəhs olunur.

Filmdə Azərbaycan paytaxtına casusun ezam edilmə səhnəsi xüsusi diqqət çəkib. Belə ki, həmin səhnədə Bakı kimi qələmə verilən şəhərin əslində Rusiyanın Moskva şəhəri olması üzə çıxıb.

Çünki casusun göndərildiyi şəhərdə trolleybus xətti, Rusiyanın “Qazprom” şirkətinin binası və dalğalanan Rusiya bayrağı açıq şəkildə nəzərə çarpır.

Filmdə diqqətdən yayınmış sözügedən vəziyyətin rejissor və yaradıcı heyətin xətası nəticəsində ərsə gəldiyini ehtimal etmək olar.

Kadrları təqdim edirik:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir