Azərbaycanda direktor yüksək vəzifəsini itirdi – FOTO

İdman

Milli Paralimpiya Komitəsinin vitse-prezidentlərindən biri çıxarılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, həmin şəxs Sumqayıt Paralimpiya Kompleksinin də direktoru olan Yaşar Hacıyevdir.

O, qurumun İcraiyyə Komitəsində işini davam etdirəcək.

Xatırladaq ki, Y.Hacıyev 2020-ci ilin fevralın 21-də Milli Paralimpiya Komitəsinin I vitse-prezidenti seçilmişdi.

Paracüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev isə vitse-prezident kimi işinə davam edəcək.

Qeyd edək ki, Milli Paralimpiya Komitəsinin İcraiyyə Komitəsinin bu gün keçirdiyi iclasdan sonra vitse-prezidentlərin sayı birə endirilib.

Həmçinin Kamal Məmmədovun işlədiyi baş katib vəzifəsi ləğv edilib, yerinə icraçı direktor vəzifəsi yaradılıb. Eldar Babayev icraçı direktor, Rauf Mürsəlov onun müavini təyin edilib.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir