İşğaldan azad edilmiş ərazilər məqsədyönlü siyasət nəticəsində yenidən qurulur

Xüsusi Xəbər

2020-ci ilin oktyabrında qəhrəman Azərbaycan Ordusu Zəngilanı düşməndən azad edərkən bu rayonun quruca adı qalmışdı, vandall ermənilər yerlə bir etmişdilər Zəngilanı da, işğaldakı digər çoxsaylı yaşayış məntəqələrimiz kimi.Azğın düşmən 27 il ərzində “özünün” hesab etdiyi Qarabağın daşını daş üstə qoymamışdı.
Budur,zəfərimizdən keçən 18 ay ərzində artıq Qarabağ yenidən canlanır,evlər tikilir,qəsəbələr, şəhərlər salınır.İlklər sırasında Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” qurulur və bu il böyük qayıdışa start veriləcək, yaşayış məntəqəsi ilk sakinlərini qəbul edəcək!
“Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki,yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları – hərbçilər istifadə edirdilər. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib.Bu,bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir”. Reallıq budur. Amma ikili standartlar dünyanın gözlərini aça bilmir, kor olub bir çox mərkəzlər, aparıcı qüvvələr Azərbaycan ərazisində erməni vandallarının törətdiyi insani, maddi-mədəni soyqırımlara.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yenidən quran Prezidentdən daha bir maraqlı xatırlatma: “İşğal dövründə Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol Zəngilandan keçməli idi. Onların bu ümidləri və ümumiyyətlə, bütün ümidləri gözlərində qaldı”. Yəqin hamı 44 günlük müharibə günlərində dillər əzbəri olmuş “Nə oldu, Paşinyan, Cəbrayıla yol çəkirdin?” sözlərini məmnuniyyətlə xatırladı. Bu yerdə qeyd edək ki, Ermənistandan Qarabağa sayca üçüncü yolun çəkilişi ilə bağlı xəbərlər vaxtilə az qalırdı ki, bizi toplum olaraq dəli etsin. Hamılıqla narahat idik. Bəs, necə? Yolların çəkilişi işğalın əbədiliyinə hesablanmışdı. Arzuları, ölkə başçımızın dediyi kimi, gözlərində qaldı və indi biz yollar çəkirik, özü də necə yollar.
Şərqi Zəngəzurun mühüm bir parçası olan Zəngilanda görüləcək əlavə tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq. Azad edilmiş torpaqlarda kənd təsərrüfatı ilə bağlı çox böyük planlar var. Ərzaq təhlükəsizliyi ön plandadır. Ölkə başçısı da qeyd etdi ki, son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq hələ ki, Azərbaycan özünü 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmir. Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir. Prezident digər məqamı da xüsusi vurğuladı. Sitat: “Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada heyvandarlıqla genişmiqyaslı məşğul olmaq olar. Keçən il “DOST Aqropark” adlandırılan aqroparkın təməli qoyuldu. Azad edilmiş torpaqlarda aqroparkların sayı çox olacaq.”
Ötən il zəngilanlılarla Zəngilandakı görüş zamanı rayon sakinlərindən biri demişdi: “Cənab Prezident, Mehriban xanım, gün o gün olsun ki, Sizi abad Zəngilanda qarşılaya bilək.Sizə uğurlar arzu edirik. Qədəmləriniz uğurlu olsun. Çox sağ olun, İnşallah, abad Zəngilanda gözləyəcəyik!”
O günə doğru dövlətimiz inamla irəliləyir! Yolumuz açıq, işlərimiz avand,yurdlarımız abad olsun! Böyük Qayıdışın “ZƏNG”ı çalınmaq üzrədir.

Cavid Mustafayev,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir