Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 99 il ötür. Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ölkənin hər bir bölgəsində olduğu kimi, İsmayıllı rayonunda da silsilə tədbirlər keçirilir.
Rayonun idarə müəssisə və təşkilatlarında mədəniyyət müəssisələrində, ümumtəhsil məktəblərində Ulu Öndərin xatirəsinə elmi-praktik konfranslar, sərgilər, film nümayişləri və digər tədbirlər həyata keçirilir. Keçirilən tədbirlərdə böyük rəhbərin xatirəsi məhəbbətlə anılıb, onun Vətən və xalq qarşısında əvəzolunmaz xidmətləri yüksək dəyərləndirilib.
Bildirilib ki, müasir Azərbaycanın inkişaf və tərəqqisi bilavasitə Ulu Öndərimizin adı ilə bağlıdır. 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycanın həyatında yeni mərhələ başlayıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün sahələr üzrə ciddi inkişaf baş verib. Azərbaycanın güclənən mövqeləri, iqtisadiyyatının inkişafı, beynəlxalq nüfuzunun artması, xüsusən, Prezident İlham Əliyevin prinsipial məsələlərdə siyasi iradə nümayiş etdirməsi, xalq-iqtidar birliyi o deməkdir ki, Ulu Öndər Heydər Əliyevin sosial-iqtisadi və siyasi inkişaf konsepsiyası məhz o dahi şəxsiyyətin arzuladığı kimi uğurla davam etdirilməkdədir. Ölkənin davamlı inkişafına, milli maraqlarımıza, xalqın rifah halının yaxşılaşdırılmasına xidmət edən sosial-iqtisadi strategiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilərək, ölkə başçısının ardıcıl, məqsədyönlü və praqmatik siyasəti sayəsində müvəffəqiyyətlə reallaşmaqdadır.













www.102info.az
