Nazir polkovnik-leytenanta DYP-də yüksək vəzifə verdi – ƏMR

Baş səhifə

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində yeni təyinatla bağlı daha bir əmr imzalayıb. 102info.az-ın əldə etdiyi məlumata görə, nazirin əmrinə əsasən Baş Dövlət Yol Polisi İdarəsinin rəisinə yeni müavin təyin olunub. Belə ki, polis polkovnik-leytenantı Pərvin Səfərəliyev BDYPİ-nin rəis müavini təyin edilib.

Qeyd edək ki, buna qədər o, İdarənin Yol Patrul Xidməti Alayının komandir müavini vəzifəsində çalışıb.

Keçmiş rəis müavini, polkovnik-leytenant Namidan Piriyev tutduğu vəzifədən azad olunaraq DİN-in Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə rəis təyin edilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir