2018-ci ildən böyrək çatışmazlığından əziyyət çəkən 22 yaşlı Vüqar Yaqublunun köməyə ehtiyacı var.
Oxu.Az-a müraciət edən V.Yaqublunun anası Elza Əliyeva bildirib ki, oğlunun xəstəliyinə Türkiyədə əlac var:
“Vüqara iki əməliyyat lazımdır, böyrək köçürülməsi ilə yanaşı, onun sidik kisəsini də dəyişəcəklər. Bunun üçün bizə 70 min manat pul lazımdı. Nəyim var satmışam, evi də satışa çıxarmışıq.
Hələ ki, həftədə üç dəfə xəstəxanaya dializə gedirik, vəziyyəti günü-gündən daha da ağırlaşır. Onun həyatı bu əməliyyatdan asılıdır. Oğlum artıq yaşamaq istəmir. Canından bezmiş vəziyyətdədir”.
Ana hər kəsdən oğlu Vüqar Yaqubluya kömək istəyir.
Əlaqə nömrəsi: (070) 542 66 98 (anası Elza Əliyeva)
Kömək üçün “Beynəlxalq bank” kartı: 4127 2081 2277 4994



www.102info.az
