“Son dörd ay ərzində “104” qaynar xəttinə 418 602 müraciət daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 424 müraciət azdır”.
Oxu.Az xəbər verir ki, bu sözləri “Azəriqaz” İB-nin “104” Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək bu gün “Facebook”da canlı yayımda deyib.
O bildirib ki, müraciətlərin 30 518-i qaz təzyiqi ilə bağlı olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 40 922 müraciət azdır:
“Qaz sızmaları il bağlı 19 639 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2531 müraciət azdır. Qaz sayğacları ilə bağlı daxil olan müraciətlərin sayı isə 162 685 olub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 476 müraciət çoxdur.
“Qaz yoxdur” deyə daxil olan müraciətlərin sayı isə 21 744 olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5707 müraciət azdır.
“Qaz yoxdur” müraciətlərinin 10 252-si qaz sərfiyyatına görə borcunu ödəməyən abonentlərdir ki, onların qaz təchizatı dayandırılıb. Həmin abonentlərin borcu cari ilin yanvar ayından yığılıb və aybaay sərfiyyata müvafiq olaraq ödəniş həyata keçirilməyib. Bu abonentlər bunu bilə-bilə “qaz yoxdur” kimi müraciətlər ediblər”.
Könül Cəfərli
www.102info.az
