Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsində qeydə alınıb. Qəza zamanı xəsarət alan 3 nəfər xəstəxanaya aparılıblar.
Hadisənin təfərrüatları və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
www.102info.az
