Gəncədə zəncirvari avtomobil qəzası olub: Yaralılar var

Cəmiyyət

Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində 3 avtomobil toqquşub.

Hadisə nəticəsində 1961-ci il təvəllüdlü Maarif Abbasov, 1969-cu il təvəllüdlü İlhamə Məhərrəmova və daha bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir