Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları “Tvinninq” layihəsi çərçivəsində Litva Respublikasında tədris turunda iştirak etmişlər  

Hüquq

 

“Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsi çərçivəsində 30 may – 03 iyun tarixlərində Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti layihə üzrə tərəfdaş ölkə olan Litva Respublikasında tədris turunda iştirak etmişlər. Səfər zamanı Litva Respublikasının aktivlərin bərpası, idarə edilməsi və maliyyə istintaqına dair təcrübəsi yaxından öyrənilmişdir.

30 may 2022-ci il tarixdə Tvinninq layihəsi üzrə əsas tərəfdaş Litva Respublikasının Xüsusi İstintaq Xidmətində (STT) görüş keçirilmiş və Xidmətin fəaliyyəti haqqında ümumi məlumat verilmişdir. Gün ərzində Xidmətin analitik cinayət araşdırması, aktivlərin bərpası üzrə məlumat bazalarından istifadənin praktiki və hüquqi aspektləri və “BİG data” məlumat bazasnın (Xidmətə aid ümumi məlumat baza) təhlili, maliyyə istintaqının praktiki aspektlərinə dair təqdimatlar edilmişdir. Təqdimat zamanı “BİG data” məlumat bazasının işləmə prinsipi və digər informasiya resurlarından faydalanma mexanizmi yaxından öyrənilmiş və adı çəkilən digər fəaliyyət istiqamətlərinin barədə tərəfdaş qurumun əməkdaşları ilə geniş müzakirələr aparılmışdır.

31 may 2022-ci il tarixdə Litva Respublikasının Maliyyə Cinayətlərinin İstintaqı Xidmətində əmlakların müəyyən edilməsi, izlənilməsi və müsadirəsi (nümunələrin təhlili), mülki müsadirə haqqında qanunun tətbiqinin praktiki və hüquqi aspektləri, əmlakların müəyyən edilməsində analitik proqram təminatı, məlumat bazaları və İT alətlərindən istifadə və çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması (risklərin idarə edilməsi sistemi, məlumatların təhlili, maliyyə qurumları ilə əməkdaşlıq) mövzusunda ekspertlər tərəfindən təqdimatlar nümayiş edilmişdir.

01 iyun 2022-ci il tarixdə Litva Respublikasının Dövlət Vergi Müfəttişliyi ilə keçirilmiş görüş zamanı təhlil, modelləşdirmə və risklərin idarə edilməsi üzrə mükəmməllik mərkəzi, müsadirə edilmiş əmlakların satış prosedurları və praktiki aspektləri mövzusunda çıxışlar edilmiş, istifadə olunan bazalar nümayiş etdirilmişdir.

02 iyun 2022-ci il tarixdə günün birinci yarısı Litva Cinayət Polisi Bürosunda əmlakların aşkar olunması üzrə CARİN, SİENA ilə əməkdaşlıq formalarına dair məlumatlar əldə edilmişdir. Görüş zamanı ilk olaraq Əmlakların Bərpası şöbəsinin təqdimatı və məlumat müb adiləsi və beynəlxalq əməkdaşlığı təmin etmək üçün hüquqi və İT alətləri barədə təqdimatlar dinlənilmiş, müzakirələr aparılmışdır.

Tədbir çərçivəsində həmçinin Litvanın Ali Məhkəməsinə təşkil edilmiş səfər zamanı məhkəmənin əmlakın müsadirəsi ilə bağlı işlərin araşdırılması və icraatında rolu barədə edilmiş təqdimat ətrafında geniş müzakirələr aparılmışdır.

​Səfərin sonuncu günü, 03 iyun 2022-ci il tarixdə Litvanın Baş Prokurorluğuna təşkil edilmiş görüşdə “Əmlakların bərpası sistemində Prokurorluğun rolu” və “Cinayət işlərində qanunsuz varlanma və müsadirə elementlərinin tətbiqinin praktiki aspektləri” adlı təqdimatlar nümayiş etdirilmişdir.

Tədbir zamanı keçirilən görüşlərdə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq prokurorluqda davam etdirilən hüquqi islahatlar, həmçinin Müzəffər Ali Baş komandanın rəhbərliyi altında şücaətli ordumuzun 30 ilə yaxın müddət öncə Ermənistan Respublikası tərəfindən işğal olunmuş torpaqları azad etmələrinə dair məlumatlar verilmiş və Baş Prokurorluq tərəfindən hazırlanan 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Qarabağ Azərbaycandır” adlı kitab həmin qurumlara təqdim edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir